7 Nisan 2015 Salı

Sanka Zverin Heyati


Cabir Qasımov - Sanka Zver ləqəbli “Qanuni Oğru”

Həyatı

Cabir Qasımov 1920-ci ildə Bakının Zığ qəsəbəsində anadan olub.
Təəssüf ki, o dövrdə “Qanuni Oğru” tituluna layiq görülən “Dağlı Qədir”, “Azyaski Hüseyağa”, “Əmircanlı Xan”, “Korzubi Vaqif”, “Göygöz Sabir”, “Ağa Mirzə” və digər Azərbaycanlı qanuni oğrular barəsində geniş məlumatlar yoxdur.
Diktator Ağakərimlə yanaşı həmin illərdə istər Resbublikada, istər onun hüdudlarından kənarda böyük nüfuz sahibi, Bakı oğrularının “Xaç Atası”, Sanka Zver ləqəbli “Qanuni Oğru” — Cabir Qasımov olub.
O ömrünün çox hissəsini həbsxanalarda keçirib. Sovet ittifaqının ən hörmətli vorlarından olub. Oğru Sanka Zver xəyanətlə yaxın dostu sayılan Lotu Kəvir tərəfindən qətlə yetilmişdir.




Masalli Mamed

Masallı Mamed — Qanuni oğru

İlk məhkumluq

1960-cı ildə Masallıda anadan olan “qanuni oğru” ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq “Masallı Mamed”in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı “Masallı Mamed” həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib. Lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamedə ölüm hökmü ilə üzə-üzə qalıb. Lakin atası İsgəndər Hüseynov oğlunun güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilib.

Şuşa “krıtısı”

Mamed cəzasının 5 ilini çəkmək Şuşadakı qapalı həbsxanaya göndərilib. O zaman “Şuşa krıtısı” kimi məşhur olan bu həbsxana Azərbaycanda ən ağır şəraitli, kriminal qanunların işləmədiyi həbsxana kimi tanınırdı. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görən Mamed bütün bunlara qarşı mübarizəyə başlayır. Onun əsas hədəfi həbsxana rəhbərliyi ilə əməkdaşlıq edən və məhkumların hüquqlarının pozulmasında bilavasitə rol alan dustaqla olur. Mamed onlardan birini cəzalandırır. Bu hadisə onun “Şuşa krıtısı”ndan uzaqlaşdırılması ilə nəticələnir. Mamed bu həbsxanadan da ağır rejimli Qroznı həbsxanasına göndərilir...

“Dağlı Cavanşir”lə tanışlıq

Mamed Qroznı həbsxanasına daxil olmamışdan qabaq onun sorağı buradakı məhkumlara çatmışdı. Hər bir məhkum bilirdi ki, “Şuşa krıtısı”ndan gələn bu gənc oğlan heç kimin qarşısında əyilməyən və haqqı müdafiə edən bir şəxsdir. Bu həbsxanada cəza çəkənlərdən biri də mərhum “qanuni oğru” “Dağlı Cavanşir” idi. O zaman “Dağlı Cavanşir” də hələ “qanuni oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi. Mamed buradə Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Mamed Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmayan Mamed yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun “evi” Voloqda şəhərindəki “Sentral” adlı müvvəqqəti təcridaxana olur. Mamed bu təcridxanada kriminal qaydalar tətbiq edir, “vəziyyət” yaradır. Buradan isə “Marosskaya Tşina” adlı həbsxanaya göndərilir. Bu həbsxanada bir çox tanınmış “qanuni oğru”lar “qonaq” olublar. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən “Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində Mamedin böyük rolu olur. Bütün bunlar “qanuni oğru”ların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Mamed məhkumlar arasındakı böyük nüfuzunu görən “qanuni oğru”lar ona kriminal aləmin ən ali titulunu təklif edir. Lakin “qanuni oğru” titulunun məsuliyyətini dərk eədərək bu təklifi qəbul etmir.

1993-cü il: “Qanuni oğru” titulu

1992-ci ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyarbrın 4-də, doğum günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam etdirir. 1993-cü ilin dekabrında Bakıdakı “Leyla” şadlıq evində “qanun oğru”lar “Lotu Bəxtiyar”, “Sabirabadlı Hikmət”, “Dağlı Cavanşir”, “Yetim Hüseyn”, “Ənvər Sovetski” və “İrəvanlı Faiq”in iştirakı ilə Mamedə “qanuni oğru” titulu verilir. Bundan sonra “Masallı Mamed” daha bir neçə dəfə məhkum olunur. Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra “Masallı Mamed”in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər.
Masallı Mamed 2011-ci il martın 21-də cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişib. Allah rehmet elesin!!!!!!!

Qanuni Ogru Hikmet Muxtarov

1956-ci il noyabrin 3-də Sabirabadin Kürkənd kəndində anadan olub.
1974-cü ildə Xalq Təsərrüfati institutunda təhsil alarkən Baki şəhər Prokurorluğunun müstənqinin oğlu ilə dalaşib və ilk məhkumlugunu yaşayib.Üç il azadligdan məhrumedilmə cəzasina məhkum edilib.Cəzasini Bakida 5sayli İslah Əmək Kolonyasinda və Xələc düşərgədində çəkib.
1981-ci ildə yenidən həbs olunub.Sabirabadda “xod” gedənlərdən birini biinsafliğina,fağri incitdiyinə görə cəzalandirdigindan 7-il müddətində azadligdan məhrum edilib.Rostov düşərgəsində Mixail “Kotovski”,Kolya “Lebed”lə taniş olub və ən qati “otritsalovka”lardan birinə çevrilib.Üç nəfər oğru ponyatkali dustak kirnizi zonu “qara”ya çeviriblər.Bununla barişmayan düşərgə rəhbərliyi onu dörd dəfə ardicil olaraq on beş sutkalik karserlə cəzalandirib.Dördüncü cəzalanma müddətində aclik aksiyasina başlayib və düşərgədəki bütün dustaklarin ona qoşulmasi ilə işinin üstünə 3 il əlavə olunmasi ilə nəticələnib.”Böyük Qardaş” ləqəbi ilə Novoçerkassk qapali türməsinə göndərilib.
Leninqradin “Kresti”kiçmaninda və Vorkuta zonlarinda cəza çəkib.
1997-ci ildə Bakida həbs olunub və iki gün sonra azadliğa buraxilib.
2001-ci ildə cibindən narkotik vasitə heroin “tapilib”və 8 il azadligdan məhrum edilib.Bir il üç aydan sonra əməlində cinayət tərkibi tapilmadiğindan “qapisi açilib”
İttifaqda sayilib-seçilən klasshik “VOR”lardan biri olub.Lotu Bəxtiyar,”Yetim”Hüseyn,”Donbalan”Tofik,Maliş” Söhbət,Viktor Yulyeviç Nikiforov “Kalina”,Otari Kvantrşvili-Paşa,”Sirul”,Slavnik,”Ded”Olim və sair “Qanuni oğrularla dostluq edib.”XX”əsrin ən məşhur oğrulari “kitabinda 169-cu sirada(əlifbaya uyğun)yer alib.Basilava Bəxtiyarin etibar və etimadini qazanan insanlardan biri olub.

Lotu Bxtiyarin Heyati

Lotu Bəxtiyar (Kərimov Bəxtiyar Ağababa oğlu) — kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ayamalarıyla tanınan şəxs [1].
Həyatı
Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanı kəndində anadan olub. 1976-ci il İyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına yatap edilib. Bununla da əfsanəvi Lotu Bəxtiyarın həyat macərasının təməli qoyuldu. Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Владимирский Централ" türməsinə (qapalı rejim)etap olunub. 1982-ci ildə "Владимирский Централ" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasiliy Babuşkin və digər qanuni oğru Николай Якутенко tərəfindən qanuni oğru adını almış, bu sınaqdan çox asanlıqla keçmişdir. 1983-cü ildə azadlığa buraxılmışdır.
İkinci dəfə 1985-ci il İyun ayinin 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunmuşdur. 1987-ci ildə azadlığa buraxılmışdır
Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 1992-ci il İyul ayının 15-də bəraət alaraq azadlığa buraxılmışdır.
1993-cü ildə ailə həyatı qurmuşdur.
Dördüncü dəfə 1994-cü il Dekabr ayının 22-də fövqəladə vəziyyətdə həbs olunmuşdur. Həbs olunmasına baxmayaraq hüquq mühafizə orqanları əllərində əsaslı dəlillər lmadıqlarina görə ona cəza müddəti təyin edə bilməmişlər. Nəhayət 2 ildən sonra 1996-cı il Mart ayınin 3-də onu 3 il müddətinə azadlıqdan məhrum etmişlər. 1997-ci il Mart ayının 12-də işə yenidən baxılaraq ona 4 il iş kəsilmişdir...
Bütün bu illər ərzində o keçmiş Sovet İttifaqının Майкоп, Владимир, Балашиха, Пермь, Карлаг, Златоуст, Новосибирск, Красноярск kimi şəhərlərində məhbusluq həyatı yaşamışdır. Və nəhayət 1998-ci il Aprel ayının 6-da Bakı şəhərindəki 13 sayli kolonun xəstəxanasında qara ciyər serrozundan vəfat etmişdir !

Fəaliyyəti

Ali savadı olmasa da, o, böyük fəlsəfə və məntiq ustasıydı. O, dərin düşüncəsi ilə, haqq, ədalət tərafdarı idi və həmişə həqiqətin axtarışındaydı. O, xeyirxah və əməli saleh idi, buna əsaslı dəlillərim var. Bəxtiyarın anası Şəfiqə xanımın xatirələrindən:
"1992-ci ildə, azadlığa buraxılandan sonra evdə səhər erkən durar, dəstəmaz alar, namaz qılardı. "Quran" kitabını oxuyurdu. Harada öуrəndiуini bilmirəm. Hərdən bir oxuduqlarından о qədər feyziyab olardı ki, mənə də bəzi şeyləri danışardı. – "Çох şey öуrədir "Quran" bizə. Gör nə deyir, mənə? Əgər yaxşı ad qoyub getmək fikrindəsənsə, bu fаni dünyada асgöz və həris olma".
Bəxtiyar, İslam dininin tarixini və onun ehkamlarını çox qəşəng bilirdi, hətta o, ağır şəraitli zonalarda bir olan Allahı dusdaqlara tanıdırdı:
"Mən yuxusuz gecələrimdə dünyanın bütün işlərini fikirləşdikcə başa düşdüm ki, insan bütün varllqların ən şərəflisi, ən nəcibidir. Ancaq oz ömrünün qədrini bil­mir. Çох yerlərdə olmuşam. ­Xalqlar müxtəlif, dinlər arasındakı fərq boyük, adət-­ənənələr başqadır. Hər dəfə bizim aramızda Xaliq və məxluq, yaradan və yarananın mənşəyi, dünyanın, həyatın sonu haqqında boyük mübahisələr gedirdi. Mən onlara düzgünlük və ilahiyyatın, möminliyimahiyyəti­ni anlatdıqca gözlərinə baxırdım. Mən danışdıq­са bəzilərinin gözlərində nur parlayır, bəbəklərini geniş açıb üzümə zillənirdilər".
Onun, bərbad vəziyyətə düşmüş Masazır – Novxanı yolunun təmir etdirməsini novxanılılar minnətdarlıqla yada salırlar. Təmir işləri zamanı o, hər gün fəhlələr üçün yeməkxanada yemək bişitdirib iş yerində də naharlarını təşkil etdirərdi.
1993-cü ildə respublıkamızda çörək problemi təhlükəsi yaranmışdı. Rusiyanın Qroznı şəhərində taxıl vaqonları saxlanılıb Bakıya buraxılmırdı. Orada cəryan edən hadisələr səbəbindən qonşu dövlətin rəhbərləri məsələnin həlli iqtidarında deyildi. Bəxtiyar bu işə müdaxilə edir. Çeçenistanda olan dostlarının səyi ilə vaqonların yolu açılır, taxıl Bakıya gəlib çıxır.[2]
Bəxtiyar həmişə elmin, biliyin və maarifçiliyin tərafdarı idi. Akademik Mahir Qarayev həbsxanadan çıxandan sonra verdiyi müsahi­bələrdə Bəхtiуаr haqqında ürək dolusu, fəxrlə danışırdı. Onunla gorüşlərindən mənəvi zovq aldığını bildirirdi.
""Bəхtiуаr istənilən mövzuda danışmağa bili­yi, bacarığı, qabiliyyəti çatan bir şəxs уох, şəxsiyyət idi. Onun Azərbaycan ədəbiyyatına, xüsusilə klassik poeziyanın incəliklərinə qədər bələd olmasına heyran qalmamaq mümkün deyildi. Bəxtiyar qəzəl уа­zırdı. Onunla tаnışlığımla fəxr edirəm. Bəxtiyarın xoş, mehriban səsi, göstərdiyi şəfqət, verdiyi məsləhət təbii olduğundаn təsir etmək, təskin­lik, qaygıkeşlik mühiti yaradırdı. Bəxtiyarla diskusiya apardıqdan sonra öz kamerama qayıdır, оnun dediklərinin təhlilinə girişir, heç orta təh­sili olmayan bu fenomenin həm natiqlik qabiliyyətinə, həm də təbliğat bacarıgına heyran qalırdım.""
Bəxtiyara sonuncu dəfə, 1996-ci ildə Bakı şəhər məhkəməsinin qəratı ilə 3 il həbs cəzası kəsiləndə Ваyıl türməsində öz vəkilinə dediyi sözlər:
""Yavaş-yavaş hər şey öz rəngini dəyişir, in­sanlar get-gedə gozəl xasiyyətlərini itirir, şər asta-asta xeyiri üstələyir. Faydalı işlər, yaxşı, şirin sözlər unudulur, cahil­ adili basmarlayır. Ва­carıqlı insanlar, hünər sahibləri həmişə istedadı olma­уаn paxıl adamlar tərəfindən gözümçıхdıуа salınır. Ра­xıl, rəzil adamlar, alicənablardan çох olduqlarından onlara üstün gəlirlər. Əllərindən bir xeyirli iş gəlməyən adamlar hünər sahiblərini pisləməkdə о qədər irəli qa­çırlar ki, hətta xeyirxahların oturuş-duruşlarını da günah paltarına bürüyür, ona cinayət bəzəyi vururlar. Ona görə hünər sahibləri paxıllar tərəfindən məhv edi­lirlər"."
Bəxtiyar Kərimov 1998-ci il aprelin 6-da həbsxana xəstəxanasında vəfat edib. Novxanıdakı kənd qəbristanlığında torpağa tapşırılıb.

Rovsen Lenkeranskinin Heyati

Rövşən Rafiq oğlu Cəniyev (rus. Ровшан Рафик оглы Джаниев; d.27 yanvar,1975) — azərbaycanlı kriminal avtoritet, qanuni oğru.

Həyatı

Rövşən Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində milis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir.
İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib[1].
Rövşən Caniyev oğru aləmində "Rövşən Lənkəranski" kimi tanınır. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub.
2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib. Hazırda Ukraynada "Rövşən Lənkəranski" böyük nüfuz sahibidir.
"Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib."

Ogru Aleminin Tarixi.

Qanuni oğru və ya qanunda oğru (rus. Вор в законеukr. элодій у законіbelar. злодзей у законеgürc. კანონიერი ქურდი; erm. օրենքով գող) — dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru -lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn İsfahan lotuları müəyyən funksiya daşıyırdılar, və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. Stalin istənilən siyasi müxalifətdən qorxduğu üçün, qanunu oğru institutunu yaranmasında maraqlı idi.

Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib. Belə ki, bununla əlaqədar terminlər də rus mənşəlidir. Hətta Stalinin bu amildən siyasi məqsədlərlə yararlandığını da deyirlər. Məlumatlar var ki, o vaxt o, həbsxanalarda qayda-qanun yaratmaq üçün belə bir təşkilatlanmaya nəinki mane olub, əksinə, rəvac verib. Məhz bu təşkilatlanmadan sonra"obşak" adlandırılan mexanizm qurulub.
"Obşak" mexanizminin öz özəllikləri var. Burada hər şeyin könüllülük əsasında baş verməsi çox mühüm amildir. Bəzi hallarda isə "obşak"ın rəyi ilə zor tətbiq olunması qərarı da verilə bilər. Bir çox ölkələrin təcrübəsinə əsaslanan ekspertlər korrupsiya ilə kriminal aləmin reytinqini düz mütənasib hesab edir. Bir çox varlı adamların vaxtaşırı "obşak" üçün "qref" etməsi, yəni müəyyən vəsait ayırması həmin şəxslərin "obşak" tərəfindən toxunulmaz hesab olunmasına səbəb olur[1].
Nəticədə, 1930-cu illərdə, SSRİ-də mövcud olan ağır repressiya illərində "Qanuni oğrular" meydana gəliblər. Onların yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. İddialarına görə, ağır siyasi vəziyyətdə və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə "Oğru dünyası" çox lazım idi. O, bu vasitədən istifadə edərək asanlıqla siyasi məhbuslara nəzarət edirdi. Yaranan aləmdə, "oğrular" qanunları tanımamalı, heç bir zaman qulluq etməməli idilər.
Lakin Rusiyada kriminal aləmin təşkilatlanmasının əsasən Stalin dövrü ilə bağlı olmasıynan razılaşmayanlar da var. Məsələn, başqa bir iddiaya görə, çar II Nikolayın dövründə də həbsxanalarda kriminal avtoritetlər olub. Azərbaycanda isə həmin dövrdə bu tip insanlar "qoçu" kimi tanınırdılar[1].
Böyük Vətən müharibəsi illərində bəzi "qanuni oğrular" Vətəni müdafiə etmək üçün müharibəyə yollanıblar. Bu addımları onların "qanunpərəstlər" tərəfindən xəbərçi mənası verən "qancıq" adlandırılmasına səbəb olur. Beləliklə, oğru dünyası 2 hissəyə ayrılır və aralarında uzun sürən savaş başlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodskşəhərində iki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasında mübarizə nisbətən səngiyir, lakin "qanuni oğrular" öz ənənələrini qoruyub saxlaya bilirlər.
Sonralar "oğru" olaraq adlandırılan şəxslərdən əsasən dövlətin qoyduğu qanunları tanımır, daha çox özlərinin tərtib etdikləri "yabanı" qanunlara istinad edir, onlara tapınırdılar. Bu ənənə sonralar daha da kəskinləşdi. Amma ilk yarandığı illərdə Stalinvə o dövrün repressiv Rusiyası məhz bu siyasətlə qanunları inkar edən müxalif düşüncəli insanları kəşf edir, sonra isə onlar üçün türmədə daha "rahat" dünya yaradırdı. Həmin "dünya" bu gün də "Qara zon" adlanır.
"Qara zon"lar "mujiklər""brodyaqalar" və "qanuni oğrular"dan ibarətdir.
El arasında işgüzar adama bu gün də "mujik" deyirlər. Bu yanaşma "zon"larda da eyni qaydada işlədilir. "Mujiklər" demək olar ki, "zon"un bütün ağırlığını çiyinlərində daşıyırlar. Onlar təkliflər verir, söhbətlərdə iştirak edir, hətta hökm belə verirlər. Amma "qanuni oğru"ların məsələyə qarışması ilə onların "vəzifəsi" və sözləri bitir.
"Brodyaqalar" gələcəyin "oğruları" olmaq üçün çalışırlar. Hesab edirlər ki, "oğru" olmaq onların haqqıdır. Lakin bu bütün "brodyaqalar"a qismət olmur. Bunun üçün gərək o, samballı və dillərə dastan həyat yolu keçsin, qoyulmuş bütün oğru qayda-qanunlara əməl etsin. Onun ilk addımı cinayət törətməkdir. Bu cinayət həm də sanballı olmalıdır. Bundan əlavə, heç bir zaman sözün bütün mənalarında qulluq etməmək, partiyalılıq, təşkilat və başqa quruluşlarda olmamaq, ailə və övlad sahibi olmamaq, xarakter və xasiyyət baxımından şəxsiyyətə çevrilmək kimi ağır şərtlər mütləq yerinə yetirilməlidir. Onun üçün həyatı "oğru qanunları"ndan bütün ağır şərtlər altında bu "qanunları" diktə etməlidir.
"Oğrular" ümumi xəzinəyə gələn pullara da nəzarət edir, bu barədə hesabat verməklə yanaşı, bütün "zon"a gələn pulların da haralara xərclənməsini öyrənmək səlahiyyətinə malikdir. Onlar "oğru" adına layiq olanları öz aralarına cəlb etmək, artıq özlərindən söz etdirmiş "brodyaqa"ları nəhəng "oğru" ailəsinə dəvət etmək hüququna da malikdirlər. Bundan başqa, onlar "oğru" adına ləkə gətirmiş şəxslər barəsində də layiqli hökm çıxara bilərlər. Bir həqiqət də ondan ibarətdir ki, vaxtı ilə oğru adını almış birisi üçün necə deyərlər geriyə yol yoxdur: oğrunun titulundan məhrum olunması ölümdən betərdir. Söhbət həm də ondan gedir ki, "qanuni oğru" "oğru qanunlarına" xəyanət etmiş şəxslərə qarşı amansızlıq nümayiş etdirərək onların həyatlarına ibarəli dildə desək, "krest" qoya bilərlər.

Əsas qanunları

Bütün məhkumlar tərəfindən riayət olunmalı məcəllə

Bütün məhkumlar tərəfindən riayət olunmalı məcəllədəki əsas müddəalar aşağıdakılardır:
  1. Məhkum qəti şəkildə xəbərçilik etməməlidir. Ən əsası da hakimiyyət təmsilçisinə. Adi bir xəbərçilik həmin məhkumun sonradan "stukaç" ləqəbi ilə ömürlük damğalanmasına səbəb olacaq.
  2. Dustaq yoldaşları arasında dedi-qodu ilə məşğul olmaq və heç kimə şər atmaq olmaz. Bu çox böyük səhvdir.
  3. Oğurluq etmək, xüsusən də dustaq yoldaşının ərzağını oğurlamaq olmaz. Ya da ərzaq gizlətmək olmaz. Bu əməli törədənlər "srok"unun sonunacan "krısa" adlanırlar.
  4. Fiziki gücündən istifadə edərək heç kimə, xüsusən də zəif dustaqlara əl qaldırmaq, özünü "baklanlığa" qoymaqdır.
  5. Cəza çəkdiyi inzibati binada işləməməlidir. Xüsusən də "ment"lərin görəcəyi işləri görməməlidir. Yoxsa ömrü boyu"kozyol" damğasına sahib olar.
  6. Qumarda və digər pullu oyunlarda uduzduqda borclu qalmamaq lazımdır. Əks halda hamı onu "fuflo" adlandıracaq.
  7. Kiminləsə cinsi əlaqədə olmaq olmaz, əks halda "pedor" ayaması ondan əksik olmayacaq. Ümumiyyətlə, "pedor"la heç vaxt kontakt yaratmaq, onlarla oturub-durmaq, onlara əl vermək, salamlaşmaq olmaz.
  8. Qeyri-insani əməllərdən də çəkinmək lazımdır, yoxsa məhkum yoldaşları onu "qad" deyə çağıracaqlar.
  9. Məhkumluqda şəxsi rifahı naminə məişət işləri ilə də məşğul olmaq olmaz, yoxsa ona "şustryak""şnır" deyəcəklər.
Yuxarıdakı göstərdiklərimiz özünəməxsus məcəllədən nümunələrdir. Bu məqamları pozan şəxslər həm də ümumi "Qanun"a qarşı çıxanlardır, onun müddəalarını pozanlardır. Bu hərəkət məhkumlar arasında "fahişəlik" kimi qiymətləndirilir. "Fahişəlik" isə ölümlə belə cəzalandırıla bilər.

Oğru qanunları

  1. Oğru qanunlarının dəstəklənməsi və ona sadiqlik;
  2. Hüquq-mühafizə orqanları ilə hər hansı bir əlaqənin qurulmasına yol verməmək;
  3. Bir-birinə münasibətdə düz olmaq;
  4. Öz sıralarına yeni üzvləri, xüsusilə gəncləri cəlb etmək;
  5. Siyasi fəaliyyətlə məşğul olmamaq;
  6. Kart oynamağı mütləq bacarmaq.

Həbsxana qanunları

  1. "Obşak"ın payını ayırmaq;
  2. Qanuni oğruya əl qaldırmamaq;
  3. Böyüklərə hörmət etmək;
  4. Valideynlərə hörmət etmək;
  5. Satqınlara qarşı barışmaz münasibət nümayiş etdirmək;
  6. Sübutsuz ittiham irəli sürülməsinə qadağa qoyulması;
  7. Hər hansı bir formada təhqir etməyə qadağa;
  8. Söyüşə qadağa.