Lotu Bəxtiyar (Kərimov Bəxtiyar Ağababa oğlu) — kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava ayamalarıyla tanınan şəxs [1].
Həyatı
Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanı kəndində anadan olub. 1976-ci il İyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına yatap edilib. Bununla da əfsanəvi Lotu Bəxtiyarın həyat macərasının təməli qoyuldu. Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki "Владимирский Централ" türməsinə (qapalı rejim)etap olunub. 1982-ci ildə "Владимирский Централ" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasiliy Babuşkin və digər qanuni oğru Николай Якутенко tərəfindən qanuni oğru adını almış, bu sınaqdan çox asanlıqla keçmişdir. 1983-cü ildə azadlığa buraxılmışdır.
İkinci dəfə 1985-ci il İyun ayinin 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunmuşdur. 1987-ci ildə azadlığa buraxılmışdır
Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 1992-ci il İyul ayının 15-də bəraət alaraq azadlığa buraxılmışdır.
1993-cü ildə ailə həyatı qurmuşdur.
Dördüncü dəfə 1994-cü il Dekabr ayının 22-də fövqəladə vəziyyətdə həbs olunmuşdur. Həbs olunmasına baxmayaraq hüquq mühafizə orqanları əllərində əsaslı dəlillər lmadıqlarina görə ona cəza müddəti təyin edə bilməmişlər. Nəhayət 2 ildən sonra 1996-cı il Mart ayınin 3-də onu 3 il müddətinə azadlıqdan məhrum etmişlər. 1997-ci il Mart ayının 12-də işə yenidən baxılaraq ona 4 il iş kəsilmişdir...
Bütün bu illər ərzində o keçmiş Sovet İttifaqının Майкоп, Владимир, Балашиха, Пермь, Карлаг, Златоуст, Новосибирск, Красноярск kimi şəhərlərində məhbusluq həyatı yaşamışdır. Və nəhayət 1998-ci il Aprel ayının 6-da Bakı şəhərindəki 13 sayli kolonun xəstəxanasında qara ciyər serrozundan vəfat etmişdir !
Fəaliyyəti
Ali savadı olmasa da, o, böyük fəlsəfə və məntiq ustasıydı. O, dərin düşüncəsi ilə, haqq, ədalət tərafdarı idi və həmişə həqiqətin axtarışındaydı. O, xeyirxah və əməli saleh idi, buna əsaslı dəlillərim var. Bəxtiyarın anası Şəfiqə xanımın xatirələrindən:
Bəxtiyar, İslam dininin tarixini və onun ehkamlarını çox qəşəng bilirdi, hətta o, ağır şəraitli zonalarda bir olan Allahı dusdaqlara tanıdırdı:
Onun, bərbad vəziyyətə düşmüş Masazır – Novxanı yolunun təmir etdirməsini novxanılılar minnətdarlıqla yada salırlar. Təmir işləri zamanı o, hər gün fəhlələr üçün yeməkxanada yemək bişitdirib iş yerində də naharlarını təşkil etdirərdi.
1993-cü ildə respublıkamızda çörək problemi təhlükəsi yaranmışdı. Rusiyanın Qroznı şəhərində taxıl vaqonları saxlanılıb Bakıya buraxılmırdı. Orada cəryan edən hadisələr səbəbindən qonşu dövlətin rəhbərləri məsələnin həlli iqtidarında deyildi. Bəxtiyar bu işə müdaxilə edir. Çeçenistanda olan dostlarının səyi ilə vaqonların yolu açılır, taxıl Bakıya gəlib çıxır.[2]
Bəxtiyar həmişə elmin, biliyin və maarifçiliyin tərafdarı idi. Akademik Mahir Qarayev həbsxanadan çıxandan sonra verdiyi müsahibələrdə Bəхtiуаr haqqında ürək dolusu, fəxrlə danışırdı. Onunla gorüşlərindən mənəvi zovq aldığını bildirirdi.
"Bəхtiуаr istənilən mövzuda danışmağa biliyi, bacarığı, qabiliyyəti çatan bir şəxs уох, şəxsiyyət idi. Onun Azərbaycan ədəbiyyatına, xüsusilə klassik poeziyanın incəliklərinə qədər bələd olmasına heyran qalmamaq mümkün deyildi. Bəxtiyar qəzəl уаzırdı. Onunla tаnışlığımla fəxr edirəm. Bəxtiyarın xoş, mehriban səsi, göstərdiyi şəfqət, verdiyi məsləhət təbii olduğundаn təsir etmək, təskinlik, qaygıkeşlik mühiti yaradırdı. Bəxtiyarla diskusiya apardıqdan sonra öz kamerama qayıdır, оnun dediklərinin təhlilinə girişir, heç orta təhsili olmayan bu fenomenin həm natiqlik qabiliyyətinə, həm də təbliğat bacarıgına heyran qalırdım." |
Bəxtiyara sonuncu dəfə, 1996-ci ildə Bakı şəhər məhkəməsinin qəratı ilə 3 il həbs cəzası kəsiləndə Ваyıl türməsində öz vəkilinə dediyi sözlər:
"Yavaş-yavaş hər şey öz rəngini dəyişir, insanlar get-gedə gozəl xasiyyətlərini itirir, şər asta-asta xeyiri üstələyir. Faydalı işlər, yaxşı, şirin sözlər unudulur, cahil adili basmarlayır. Ваcarıqlı insanlar, hünər sahibləri həmişə istedadı olmaуаn paxıl adamlar tərəfindən gözümçıхdıуа salınır. Раxıl, rəzil adamlar, alicənablardan çох olduqlarından onlara üstün gəlirlər. Əllərindən bir xeyirli iş gəlməyən adamlar hünər sahiblərini pisləməkdə о qədər irəli qaçırlar ki, hətta xeyirxahların oturuş-duruşlarını da günah paltarına bürüyür, ona cinayət bəzəyi vururlar. Ona görə hünər sahibləri paxıllar tərəfindən məhv edilirlər". |
Bəxtiyar Kərimov 1998-ci il aprelin 6-da həbsxana xəstəxanasında vəfat edib. Novxanıdakı kənd qəbristanlığında torpağa tapşırılıb.
Hiç yorum yok:
Yorum Gönder