Masallı Mamed — Qanuni oğru
İlk məhkumluq
1960-cı ildə Masallıda anadan olan “qanuni oğru” ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq “Masallı Mamed”in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı “Masallı Mamed” həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib. Lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamedə ölüm hökmü ilə üzə-üzə qalıb. Lakin atası İsgəndər Hüseynov oğlunun güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilib.
Şuşa “krıtısı”
Mamed cəzasının 5 ilini çəkmək Şuşadakı qapalı həbsxanaya göndərilib. O zaman “Şuşa krıtısı” kimi məşhur olan bu həbsxana Azərbaycanda ən ağır şəraitli, kriminal qanunların işləmədiyi həbsxana kimi tanınırdı. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görən Mamed bütün bunlara qarşı mübarizəyə başlayır. Onun əsas hədəfi həbsxana rəhbərliyi ilə əməkdaşlıq edən və məhkumların hüquqlarının pozulmasında bilavasitə rol alan dustaqla olur. Mamed onlardan birini cəzalandırır. Bu hadisə onun “Şuşa krıtısı”ndan uzaqlaşdırılması ilə nəticələnir. Mamed bu həbsxanadan da ağır rejimli Qroznı həbsxanasına göndərilir...
“Dağlı Cavanşir”lə tanışlıq
Mamed Qroznı həbsxanasına daxil olmamışdan qabaq onun sorağı buradakı məhkumlara çatmışdı. Hər bir məhkum bilirdi ki, “Şuşa krıtısı”ndan gələn bu gənc oğlan heç kimin qarşısında əyilməyən və haqqı müdafiə edən bir şəxsdir. Bu həbsxanada cəza çəkənlərdən biri də mərhum “qanuni oğru” “Dağlı Cavanşir” idi. O zaman “Dağlı Cavanşir” də hələ “qanuni oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi. Mamed buradə Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Mamed Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmayan Mamed yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun “evi” Voloqda şəhərindəki “Sentral” adlı müvvəqqəti təcridaxana olur. Mamed bu təcridxanada kriminal qaydalar tətbiq edir, “vəziyyət” yaradır. Buradan isə “Marosskaya Tşina” adlı həbsxanaya göndərilir. Bu həbsxanada bir çox tanınmış “qanuni oğru”lar “qonaq” olublar. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən “Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində Mamedin böyük rolu olur. Bütün bunlar “qanuni oğru”ların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Mamed məhkumlar arasındakı böyük nüfuzunu görən “qanuni oğru”lar ona kriminal aləmin ən ali titulunu təklif edir. Lakin “qanuni oğru” titulunun məsuliyyətini dərk eədərək bu təklifi qəbul etmir.
1993-cü il: “Qanuni oğru” titulu
1992-ci ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyarbrın 4-də, doğum günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam etdirir. 1993-cü ilin dekabrında Bakıdakı “Leyla” şadlıq evində “qanun oğru”lar “Lotu Bəxtiyar”, “Sabirabadlı Hikmət”, “Dağlı Cavanşir”, “Yetim Hüseyn”, “Ənvər Sovetski” və “İrəvanlı Faiq”in iştirakı ilə Mamedə “qanuni oğru” titulu verilir. Bundan sonra “Masallı Mamed” daha bir neçə dəfə məhkum olunur. Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra “Masallı Mamed”in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər.
Masallı Mamed 2011-ci il martın 21-də cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişib. Allah rehmet elesin!!!!!!!
Hiç yorum yok:
Yorum Gönder